Xərcləri azaldın, səmərəliliyi qoruyun və ALS Logistics ilə cəzalardan çəkinin.
İdxal rəsmiləşdirilməsi
Gömrük bəyannamələrinin tərtibatı
Tam gömrük nümayəndəliyi
ALS ilə əməkdaşlıq edərək, bütün gömrük məsələlərinin tək bir əlaqə vasitəsi ilə həllini təmin edə bilərsiniz. İdxalın gömrük rəsmiləşdirilməsi prosesi boyunca maraqlarınızı tam şəkildə təmsil edirik, hüquqi sənədlər, bəyannamələr, yoxlamalar və daha çoxunu hazırlayarkən sizi müşayiət edirik.
Gömrük bəyannamələrinin tərtibatı
Hər bir idxalçı yük müşayiət və digər sənədlər əsasında elektron gömrük bəyannaməsini doldurub gömrük orqanlarına təqdim etməlidir. ALS Global idxal prosedurlarını qanunvericiliyin tələblərinə uyğun və daha sürətli rəsmiləşdirilməsində Sizə kömək edə bilər. Prosedurlar üzrə xdimət istiqamətlərimiz:-Qısa idxal – Sərbəst dövriyyə üçün buraxılış – Saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc) – Sərbəst zona – Xüsusi istifadə (müvəqqəti idxal və son istifadə – Daxildə emal – Təkrar idxal
Hasilatın Pay Bölgüsü Sazişi (PSA) çərçivəsində idxal olunan yüklərin rəsmiləşdirilməsi
- İdxal-İxrac vergilərindən azad olma haqqında sertifikatın alınmasında hüquqi dəstək
- Azadolunacaq malların XİFƏN kodlaırnın müəyyən olunması və sistemə daxil edilməsi
Sertifikat və icazələrin alınması
Bəzi malların gömrük rəsmiləşdirilməsini həyata keçirərkən onların sertifikatlaşdırılması qaçılmazdır və gömrük orqanlarına sertifikatlar və icazələr təqdim edilməzsə, məhsulları idxal etmək mümkün olmayacaqdır. ALS Global yük və nəqliyyat vasitələrinin idxalı üçün tələb olunan bütün sertifikat və icazələrin alınmasını həyata keçirir : -Qida, Baytarlıq, Fitosanitar, Gigiyenik sertifikatlar və s.