Peşəkarlığımız 10 ildən artıq təcrübəyə malik peşəkar
logistika və gömrük xidmətləri
İdxal, ixrac, tranzit və gömrük
rəsmiləşdirilməsində etibarlı tərəfdaşınız, 24/7 xidmət
Haqqımızda

Artıq 10 ildən çoxdur ki, biz gömrük rəsmiləşdirilməsi və beynəlxalq ticarət sahəsində etibarlı və peşəkar tərəfdaş olaraq fəaliyyət göstəririk

Haqqımızda

Şirkətimiz gömrük rəsmiləşdirilməsi və beynəlxalq ticarət sahəsində etibarlı tərəfdaşdır. Peşəkar mütəxəssislərdən ibarət komandamız müştərilərimizə sürətli, şəffaf və qanunvericiliyə tam uyğun xidmətlər təqdim edir.

Üstünlüklərimiz:

  • 10 ildən artıq gömrük rəsmiləşdirilməsi və logistika sahəsində təcrübə;
  • Peşəkar komanda;
  • Tam xidmət paketi: “qapıdan qapıya” gömrük təmsilçiliyi xidməti;
  • 24/7 müştərilərimizə xidmət;
  • Fəaliyyətimizin geniş əhatə dairəsi: hava və dəniz limanları, sərhəd keçid məntəqələri, gömrük idarə və postları;
  • İqtisadi sektorlar üzrə dərin təcrübə: kənd təsərrüfatı, tekstil, neft-qaz, tikinti, qida, avtomobil və s.
Xidmətlərimiz

Biz gömrük və ticarət sahəsində geniş çeşidli həllər təqdim edirik, o cümlədən:

  • İdxal, ixrac, tranzit və re-eksport üzrə gömrük rəsmiləşdirilməsi;
  • Gömrük bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • Gömrük və beynəlxalq ticarət üzrə məsləhət xidmətləri;
  • Lisenziyaların, sertifikatların, icazə və rəylərin alınması;
  • Gömrük ekspertizasıyük müşayiət sənədlərinin hazırlanması;
  • Gömrük terminalı və müvəqqəti saxlanc anbar xidmətləri;
  • Kuryer və daxili daşıma xidmətləri.
Fəaliyyətimiz

Biz xidmətlərin operativ və effektiv şəkildə göstərilməsini təmin etmək məqsədilə əsas strateji lokasiyalarda fəaliyyət göstəririk:

  • Hava limanları: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Dəniz limanları: Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Hövsan Dəniz Ticarət Limanı;
  • Sərhəd ofisləri: Astara (AZ–İR), Xaçmaz (AZ–RU), Qazax (AZ–GEO);
  • Gömrük idarələri: Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatı, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Xaçmaz, Gəncə, Tovuz, Balakən, Astara, Biləsuvar və Sumqayıt Gömrük İdarələri.

Biz biznesinizin beynəlxalq ticarətdə etibarlı şəkildə irəliləməsi üçün şəffaf, təhlükəsiz və effektiv həllər təqdim edirik.

UNILOG
TİCARƏT VƏ LOGİSTİKA XİDMƏTLƏRİ

ƏMƏKDAŞLIQ

FİLİALLAR

İŞÇİ HEYƏTİ

İLLİK TƏCRÜBƏ
Gömrük rəsmiləşdirilməsi
Anbar xidmətləri
Tranzit əməliyyatları
Ticarət Evi xidmətləri
24/7 Müştəri dəstəyi
Logistika və yükdaşıma

© 2025 UNILOG – Trade & Logistics

Site by Vhstudio