Mallarınızı dünya miqyasında inamla daşıyın
İxrac rəsmiləşdirilməsi
İxrac üzrə gömrük rəsmiləşdirilməsi xidmətlərimiz
Tam Gömrük Təmsilçiliyi
Unilog ilə əməkdaşlıq nəticəsində bütün proseslərə tam nəzarət edirsiniz. İxrac gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərimiz prosesi mümkün qədər asan və əngəlsiz etmək üçün ixrac bəyannaməsini təqdim etməyə, gömrük orqanları ilə qarşılıqlı əlaqədə çalışmağa və Sizin komandanızın bir hissəsi olmağa hazırdırlar.
Gömrük bəyannamələrinin tərtibatı
Unilog yük və nəqliyyat vasitələrinin ixracı üçün tələb olunan gömrük bəyannamələrinin tərtibatını və gömrük oqrqanlarına ötürülməsini öz üzərinə götürür. Prosedurlar üzrə xidmət istiqamətlərimiz:
- Qısa ixrac – İxrac – Təkrar ixrac – Müvəqqəti ixrac – Xaricdə emal.
Sertifikat və icazələrin alınması
Yük və nəqliyyat vasitələrinin ixracı zamanı həm Azərbaycan Resublikasının, həm də idxalçı ölkələrin qanunvericiliyinin tələblərinə uyğun olaraq sertifikat və icazələrin alınması mütləqdir (Mənşə , sağlamlıq, uyğunluq, keyfiyyət və s. sertifikatlar). Bu istiqamətdə işlərinizi bizə etibar edin.
İxrac Sənədinin Hazırlanması
Unilog komandasının dəstəyi ilə məlumatlarınızı vaxtında yoxlayın və dövlət qurumlarına təqdim edin. Sizin yüklərinizi ixrac etməzdən qabaq yükü müşayiət edəcək kommersiya sənədlərindən (müqavilə, faktura, qablaşdırma siyahısı, CMR) bəyannamə və sertifikatlara qədər bütün sənədlərinizin həm daxili, həm də təyinat ölkəsinin qaydalarına uyğun olmasını təmin edirik.