Ana səhifəİdxal rəsmiləşdirilməsi

İdxal üzrə gömrük rəsmiləşdirilməsi xidmətlərimiz

Tam gömrük nümayəndəliyi

Unilog ilə əməkdaşlıq edərək, bütün gömrük məsələlərinin tək bir əlaqə vasitəsi ilə həllini təmin edə bilərsiniz. İdxalın gömrük rəsmiləşdirilməsi prosesi boyunca maraqlarınızı tam şəkildə təmsil edirik, hüquqi sənədlər, bəyannamələr, yoxlamalar və daha çoxunu hazırlayarkən sizi müşayiət edirik.

Gömrük bəyannamələrinin tərtibatı

Hər bir idxalçı yük müşayiət və digər sənədlər əsasında elektron gömrük bəyannaməsini doldurub gömrük orqanlarına təqdim etməlidir. Unilog idxal prosedurlarını qanunvericiliyin tələblərinə uyğun və daha sürətli rəsmiləşdirilməsində sizə kömək edə bilər. Prosedurlar üzrə xidmət istiqamətlərimiz:

  • Qısa idxal – Sərbəst dövriyyə üçün buraxılış – Saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc) – Sərbəst zona – Xüsusi istifadə (müvəqqəti idxal və son istifadə – Daxildə emal – Təkrar idxal.
Hasilatın Pay Bölgüsü Sazişi (PSA) çərçivəsində idxal olunan yüklərin rəsmiləşdirilməsi
  • İdxal-İxrac vergilərindən azad olma haqqında sertifikatın alınmasında hüquqi dəstək;
  • Azad olunacaq malların XİFƏN kodlarının müəyyən olunması və sistemə daxil edilməsi.
Sertifikat və icazələrin alınması

Bəzi malların gömrük rəsmiləşdirilməsini həyata keçirərkən onların sertifikatlaşdırılması qaçılmazdır və gömrük orqanlarına sertifikatlar və icazələr təqdim edilməzsə, məhsulları idxal etmək mümkün olmayacaqdır. Unilog yük və nəqliyyat vasitələrinin idxalı üçün tələb olunan bütün sertifikat və icazələrin alınmasını həyata keçirir: Qida, Baytarlıq, Fitosanitar, Gigiyenik sertifikatlar və s.

© 2025 UNILOG – Trade & Logistics

Site by Vhstudio